Bu ilin yanvar-iyul ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 459,9 mln. manat məbləğində sığorta haqları toplanıb, 145,9 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Unikal.org bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
Sığorta yığımlarının həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 42%, ödənişlərin həcmində isə 1,3% artım qeydə alınıb.
Könüllü sığorta bazarı üzrə haqlar 334,5 mln. manat, ödənişlər isə 107,5 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 125,4 mln. manat, ödənişlər isə 38,4 mln. manat olub.
2018-ci ilin yanvar-iyul ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73%-i könüllü, 27%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 74%-i könüllü, 26%-i isə icbari sığorta növləri hesabına formalaşıb.