Mənzil sahibi olmaq artıq xəyaldan reallığa çevrilib. Belə ki, "Kristal Abşeron müştərilərə indi daha sərfəli şərtlərlə tam təmirli mənzilləri təqdim edir. Müştərilərin xüsusi məmnunluğunu təmin edəcək bir nüans da binanın dəniz mənzərəli olmasıdır.
Bu gün al, bu gün köç
Sumqayıt şəhəri, 6-cı mikrorayon, Novxanı yolunun kənarında yerləşən kompleks yaşayışa tam hazırdır. Bütün mənzillərdə təmir işləri başa çatıb və tam təmirli şəkildə sakinlərin ixtiyarına verilməyə hazırdır.
Məktəb, park və supermarketlərə yaxındır
Layihənin magistral yola yaxın olması da sakinlərin gündəlik həyatında rahatlıq yaradır. Binanın ətrafında uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzi, məktəb, uşaq poliklinikası, özəl xəstəxana, idman kompleksi və 2 ədəd parkın yerləşməsi, yaşayış üçün olduqca əlverişlidir.
Müştələrin əsas diqqət yetirdiyi məsələlərdən biri də mənzillərin kefiyyətidir. "Kristal Abşeron hər bir layihədə olduğu kimi burada da kefiyyətə xüsusi önəm verib. Binalar bünövrədən ən son təmir elementinə kimi beynəlxalq tikinti standartlarına uyğundur. İstifadə edilən tikinti materialları Avropa ölkələri -Türkiyə, Belarusiya, Ukrayna, İtaliya, İspaniya, o cümlədən İndoneziyadan gətirilən brend məhsullardır.
Binalar 9 bal zəlzəyə davamlıdır. Daş yunu materialından olan ikiqat fasad izolyasiyası isə onu yanğın və digər təhlükələrə qarşı daha da davamlı edir. Eyni zamanda bu izolyasiya sistemi mənzildə 70%dək enerjiyə qənaət etməyə imkan verir, nəmlənməyə qarşı qoruyur.
Müştərilərin qayğılarını azaltmaq məqsədilə kompleksdəki mənzillər bütün kommunal xidmətlərlə təmin olunub. Hər bir mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (kupça) verilir.
1kv metr tam təmirli mənzil 1050 manatdan başlayan qiymətlə
Mənzillərin qiymətinə gəldikdə isə, nağd 1050 AZN-dən başlayan qiymətlərlə tam təmirli mənzillərə sahib ola bilərsiniz. Həmçinin 25 illik ipoteka və ya tək şəxsiyyət vəsiqəsi ilə 5illik daxili kreditlə də almaq mümkündür.
Yəni, "Kristal Abşeron sizin yerinizə hər bir detalı düşünüb. Daha ətraflı məlumat əldə etmək üçün (018)642 02 00, 0504840008 və ya *1544 əlaqə vasitələrinə müraciət edə bilərsiniz.