Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 31 avqust 2018-ci il tarixində saat 10:00-da Naftalan şəhərində Naftalan, Gəncə şəhərlərinin, Göygöl, Samux, Goranboy, Daşkəsən, Kəlbəcər və Xocalı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, eləcə də, bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Unikal.org xəbər verir ki, vətəndaşlardan "[email protected] elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi, (012) 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün aşağıdakı nömrəli telefonlara zəng etmələri xahiş olunur.
Naftalan şəhərində 02235 22106
Gəncə şəhərində 02225 71617
Göygöl rayonunda 02220 55013
Samux rayonunda 02227 51199
Goranboy rayonunda 02224 52106
Daşkəsən rayonunda 02221 53020
Kəlbəcər rayonu üzrə 02226 75099
Xocalı rayonu üzrə 02235 21698