Azərbaycan Banklar Assosiasiyasının (ABA) törəmə qurumu olan Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı və Azərbaycan İnsan Resursları Cəmiyyəti, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM), ADA Universitetinin dəstəyi ilə "İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübələri mövzusunda HR Forum keçiriləcək.

Bu barədə Unikal.org-a ABA-dan məlumat verilib.

Forumun məqsədi Azərbaycan insan resursları peşəkarları ilə insan resurslarının idarə olunması sahəsində qabaqcıl Azərbaycan təcrübələrini bölüşmək, təcrübə mübadiləsi aparmaq və bu sahədə Azərbaycan modelinin yaradılmasına təkan verməkdir.

Forum sentyabrın 15-də ADA Universitetində baş tutacaq.

Bir sıra fərqli təşkilatlarda fəaliyyət göstərən HR menecerlər, HR mütəxəssislər, HR sahəsində fəaliyyət göstərən tədqiqatçılar, təlimçilər, məsləhətçilər və HR sahəsində ixtisaslaşmaq istəyən vətəndaşları bir araya gətirən Forumda bu sahədə ən qabaqcıl Azərbaycan təcrübələrinin müzakirə edilməsi nəzərdə tutulur.

Forum 2 paneldən ibarət olacaq.