Bir sıra telefon mağazaları ölkəyə gətirdikləri mobil cihazları qeydiyyatdan keçirmədən satırlar.Modern.azxəbər verir ki, qiymətindəki nisbi ucuzluğa görə məhz bu cür mağazalardan telefon alanlar qeydiyyat rüsumunu özləri ödəməli olur. Problem ondadır ki, müştəri telefon alarkən bu barədə məlumatlandırılmır. Belə bir hadisə paytaxt sakininin başına gəlib.

Unikal.org xəbər verir ki, paytaxtdakı fərdi mağazalardan birindən telefon alan Bakı sakini Gülnar Babayeva "Xəzər xəbərə deyir ki, bir müddət sonra telfonunun bağlanıldığını görüb. Səbəb isə telefonunun İMEİ kodlarının qeydiyyatan keçirilməməsi olub.

Gülnar Babayeva deyir ki, avqustun 13-dən İMEİ kodların qeydiyyatına görə rüsumların artırılmasından sonra o, əlavə 50 manat ödəməlidir. Qadının sözlərinə görə, ona bu haqda məlumat verilsəydi, nisbətən ucuz telefon alardı. Əsas etirazı da məhz bu barədə telefonu aldığı mağaza tərəfindən xəbərdar edilməməsinədir.

Bu məsələ İMEİ kodlarının qeydiyyat məsələsini gündəmə gətirib.

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Rühəngiz Qarayeva deyir ki, hər bir vətəndaş mobil telefon aldıqdan sonra mobil qurğu haqqında məlumatları özü araşdıra bilər.

Bu cür problemlərlə rastlaşmamaq üçün vətəndaşlara tövsiyə edilir ki, mobil telefonları bu sahədə ixtisaslaşan mağazalardan, rəsmi dilerlərdən alsınlar. Çünki həmin müəssisələr tərəfindən ölkəyə gətirilən telefonlar kütləvi şəkildə qeydiyyatdan keçirilir. İMEİ kodlarının qeydiyyatı rüsumları şirkətlər üçün dəyişməz qaldığından telefonların qiymətinə heç bir əlavələr edilmir.

Vəkil Xəyal Bəşirov isə deyir ki, mülki qanunvericiliyə görə satıcı alıcıya satılan məhsul haqqında ətraflı məlumat verməlidir. Alıcıya hər şey aydın izah edilməlidir. Əgər alıcı sonradan sırf bu səbəbdən hansısa problemlə üzləşərsə, mağazanı məhkəməyə verə bilər.