Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində "Rosneft Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru İqor Seçin və SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyədəki "STAR neft emalı zavoduna Rusiya neftinin təchiz olunması barədə kontrakt imzalayıblar.
SOCAR-dan Unikal.org-a verilən məlumata görə, sənəd 23 avqust 2018-ci il tarixində imzalanmış neft təchizatı haqqında Çərçivə Razılaşmasının şərtlərinə əsasən imzalanıb. Kontraktın şərtlərinə görə, 2018-ci ilin dekabr ayından etibarən 1 il ərzində zavodun 1 milyon ton neftlə təchiz olunması nəzərdə tutulur.
"Star zavodunun Rusiya nefti ilə təchiz olunmasına dair imzalanmış bu kontrakt hər iki şirkətin əlverişli əməkdaşlığının genişlənməsinə dəlalət edir və SOCAR-ın Türkiyədəki yeni neftayırma obyektlərinin stabil yüklənməsi üçün təminat yaradacaq.
KİV üçün qeyd: "SOCAR Turkey şirkətinə məxsus olan "STAR neft emalı zavodu Türkiyədə İzmir şəhərinin yaxınlığına Ege dənizinin sahilində yerləşir. "STAR neft emalı zavodunun istismara verilməsi 2018-ci ilin oktyabr ayına planlaşdırılır. "STAR neft emalı zavodunun emal gücü ildə 10 milyon ton təşkil edəcək.