Cari ilin avqust ayının 20-dən etibarən Amrahbank ASC depozit faizlərini yeniləyərək öz müştəriləri üçün daha da cəlbedici edib.

Belə ki, milli valyuta üzrə "Lidervə "Güvən əmanət növlərinin faiz dərəcələri 13,5%-dək, "Avans əmanətinin faiz dərəcəsi isə 11%-dək artırıldı.

Unikal.org xəbər verir ki, bu gün "Amrahbankın bazara təqdim etdiyi əmanətlər və onların şərtləri, gəlirlilik və etibarlılığın ən yaxşı göstəricisi hesab edilə bilər.

Bir daha bildiririk ki, hazırda "Amrahbankda milli valyuta ilə həm illik gəlirlərin götürülmə müddətindən (aylıq, rüblük, yarımillik, illik, müddətin sonunda), həm də əmanətin müddətindən asılı olaraq müştərilərə 13,5%-ə qədər illik gəlir təklif olunur.

Qeyd edək ki, "Amrahbankda yerləşdirilən bütün növ əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.