Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək klublararası dünya çempionatının (KDÇ) püşkü atılıb.

Unikal.org xəbər verir ki, FİFA-nın İsveçrənin Sürix şəhərindəki mənzil-qərargahındakı püşkatmada yarışda mübarizə aparacaq cütlüklər müəyyənləşib.

Klublararası dünya çempionatının açılış matçı dekabrın 12-də keçiriləcək və Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Ayn" komandası ilə Yeni Zelandiyanı təmsil edən "Vellinqton" üz-üzə gələcək. Bu oyunun qalibi növbəti mərhələdə finalda Afrika Çempionlar Liqasının (CAF) hələlik müəyyənləşməyən qalibi ilə qarşılaşacaq. Digər görüş CONCACAF Çempionlar Liqasının qalibi olan Meksika "Qvadalahara"sı ilə Asiya Çempionlar Liqasının qalibi arasında keçiriləcək.

Turnirin və UEFA Çempionlar Liqasının son qalibi "Realla Libertadores Kubokunun qalibi mübarizəyə yarımfinal mərhələsindən qoşulacaq.

Yarımfinal mərhələsinin oyunları 18-19 dekabrda, final matçı və üçüncü yer uğrunda oyun dekabrın 22-də keçiriləcək.