Prezident İlham Əliyev Şəmkir rayonunun Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncama əsasən yetmiş bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon (dörd milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.