Prezident İlham Əliyev "Hesablama Palatası haqqında" qanunu imzalayıb.

Unikal.org-un məlumatına görə, qanun Azərbaycan Respublikası Hesablama Palatasının (bundan sonra - Hesablama Palatası) statusunu, fəaliyyətinin hüquqi əsaslarını, idarəetmə və təşkilati strukturunu, habelə dövlət vəsaitinin və digər dövlət əmlakının qanunauyğun, məqsədyönlü və səmərəli istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri və digər tərəflərlə münasibətlərini tənzimləyir.