Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Unikal.org bildirir ki, sentyabrın 5-də qızılın qiyməti sentyabrın 4-ü ilə müqayisədə 10,5825 manat azalaraq 1 unsiya üçün 2029,0265 manat təşkil edib.

Gümüş 0,5654 manat ucuzlaşaraq 1 unsiyası üçün 24,0524 manata bərabər olub.

Platinin qiyməti 14,654 manat azalaraq 1325,8215 manat, palladiumun qiyməti isə 5,9925 manat artaraq 1676,1575 manat təşkil edib.

Ad

05.09.18

04.09.18

Qızıl

XAU

2029,0265

2039,609

Gümüş

XAG

24,0524

24,6178

Platin

XPT

1325,8215

1340,4755

Palladium

XPD

1676,1575

1670,165

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.