Sumqayıt sərnişin stansiyasının elektrik təchizatı sistemi yenidən qurulur.
"Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin bu il mart ayında imzaladığı "Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncama əsasən işlər davam edir. İşlər bir sıra istiqamətdə aparılır.
İnfrastruktur Departamentinin "Əsaslı Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı-Sumqayıt-Bakı dairəvi yolunda elektrik təchizatı sistemi yenilənir.
"Əsaslı Təmir" MMC-nin rəisi Abbas Qəmbərovun verdiyi məlumata görə, hazırda Sumqayıt sərnişin stansiyasının elektrik təchizatı sistemi yenidən qurulur. Burada 20 ədəd yeni rigel quraşdırılıb və 20 ədəd dayaq basdırılıb.
Təmir işləri davam edir.