Paytaxtın Nərimanov rayonunun Heydər Əliyev prospektində qəza baş verib.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, "VAZ 2107 markalı maşın "AUDİ markalı avtomobillə toqquşub.

Qəza nəticəsində "VAZ markalı maşın aşıb, sürücüsü isə ərazidən qaçıb. Hadisə yerinə YPX əməkdaşları gəliblər. Ərazidə ölçülər götürülüb.

İlkin ehtimala görə "VAZ 2107nin sürücüsü digər nəqliyyat vasitəsinin yoluna çıxaraq qəza törədib. Avtomobillər evakuatorlar vasitəsilə cərimə meydançasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.