UEFA Millətlər Liqasının ilk 2 turundan sonra dəqiq ötürmələrin sayına görə ən yaxşı 5 futbolçunun adı məlum olub.
Unikal.org UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "beşlikdə Azərbaycan millisinin iki üzvünün - Riçard Almeyda və Qara Qarayevin də adı var.
Almeyda Kosovo (0:0) və Malta ilə görüşlərdə (1:1) 150 dəqiqə ötürmə verib. Bu isə onun 2-ci pillədə yer almasına səbəb olub. Qarayev isə 145 ötürmə ilə 4-cü sırada qərarlaşıb.
Siyahıya İspaniya millisinin müdafiəçisi Serxio Ramos başçılıq edir:
Serxio Ramos (İspaniya) - 204
Riçard Almeyda (Azərbaycan) - 150
Okay Yokuşlu (Türkiyə) - 148
Qara Qarayev (Azərbaycan) - 145
Çağlar Söyüncü (Türkiyə) - 145