"Barselonanın Mərakeş əsilli İspaniyalı futbolçu Munir El Haddadinin doğum günü şənliyinə polis gəlib. Hadisə ötən həftə baş verib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun ad günü üçün Madridin ən məşhur gecə klublarından "Tiffanyə 40 nəfər dostu ilə əylənməyə gedib.
Gecənin sonunda hesabı istəyən ulduz futbolçu təəccübünü gizlədə bilməyib. Bildirilir ki, hesabda ödəniləcək məbləğ 16 min avro (19 min dollar) olub.
Hesabı ödəməyi rədd edən Haddadi məkan sahibləri tərəfindən çağırılan polis əməkdaşları ilə üz-üzə gəlib. Hadisələrdən sonra pulu ödəmək məcburiyyətində qalan Haddadi polisin köməyi ilə klubdan çıxarılıb.