"Beşiktaşın futbolçusu Domaqoy Vidanın Xorvatiyada yaşamadığı evinə gələn 80 avroluq su pulu qəbzi həyat yoldaşını əsəbiləşdirib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun həyat yoldaşı İvana Vida, 80,7 avroluq su puluna görə şikayət edəcəyini bildirib:
"Etdikləri hərəkət utanmazlıqdır. Bizi axmaq yerinə qoyurlar. İstifadə edilməyən suyun məbləğinin 691,66 kuna (80,7 avro) olduğu Xorvatiyaya xoş gəldiz. Mən bu pulu ödəmək istəmirəm! Tipik Xorvatiya saxtakarlığı. Bu məsələyə görə şikayət edəcəm.