Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Unikal.org-un məlumatına görə, sentyabrın 13-də qızılın qiyməti sentyabrın 12-i ilə müqayisədə 18,292 manat artaraq 1 unsiya üçün 2047,514 manat təşkil edib.
Gümüş 0,2197 manat bahalaşaraq 1 unsiyası üçün 24,1912 manata bərabər olub.
Platinin qiyməti 21,6325 manat artaraq 1362,805 manat, palladiumun qiyməti isə 0,884 manat artaraq 1659,2595 manat təşkil edib.
Ad | 13.09.18 | 12.09.18 | |
Qızıl | XAU | 2047,514 | 2029,222 |
Gümüş | XAG | 24,1912 | 23,9715 |
Platin | XPT | 1362,805 | 1341,1725 |
Palladium | XPD | 1659,2595 | 1658,3755 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.