Cənubi Kiprdə qadın müəllim cinsi əlaqədə olduğu iki nəfərin şantajına məruz qalıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin şəxslər orta məktəblərin birində işləyən qadını cinsi məzmunlu görüntülərini yaymaqla şantaj edərək, yüklü miqarda ziyana salıblar.
Belə ki, görüntülərinin yayılmasından qorxan müəllim şantajçılara hər ay maaşından ciddi miqdarda pul verməyə başlayıb.
Ancaq şantajçılar bununla kifayətlənməyib. Daha sonra müəlliməyə ev və avtomobilini satdırıb, kredit götürməyə məcbur ediblər. Onların bu şantajı 7 il davam edib.
Qadın şantaj edən şəxslərin tələblərinin bitmədiyini görüb polisə şikayət edib. Bundan sonra həmin iki şəxs saxlanılaraq polis bölməsinə aparılıb. Məhkəməyə sövq edilən şantajçı dostlar həbs olunub.