Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.
Unikal.org xəbər verir ki, iclasın gündəliyinə daxil olunan məsələlərdən biri də AFFA-nın Hakimlər Komitəsinin və Hakim-İnspektorlar Komitəsinin struktur dəyişikliyi idi.
Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, eləcə də Hakim-İnspektorlar Komitəsinin rəhbəri Əli Hüseynov vəzifəsindən göndərilib. Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi birləşdirilib, yeni yaradılan komitəyə isə avstriyalı keçmiş FİFA referisi Frits Stuxlik sədr təyin olunub.
Qeyd edək ki, X.Məmmədov hər zaman hakimlərlə aralarında baş verən qalmaqallara görə gündəmə gəlib.