"American Eagle" aviaşirkətinə məxsus təyyarə Los-Ancelesdə partlayış təhlükəsinə görə təcili eniş edib.
Unikal.org Rusiya KİV-nə istinadən məlumatına görə, təyyarə Hyuston şəhərindən havaya qalxandan sonra naməlum şəxs hava limanına zəng edərək göyərtədə bomba olduğunu deyib. Bu xəbərdarlıqdan sonra təyyarə Los-Anceles aeroportunda təcili eniş etməli olub. Sərnişinlər təyyarədən çıxarılıb.
Hazırda təyyarənin göyərtəsində axtarışlar aparılır, əməliyyata xidməti itlər cəlb olunub.
Axtarışlar nəticəsində polislər təyyarənin göyərtəsində bomba tapmayıb.