Azərbaycandan qayıdarkən ölkəsində jurnalistlərə açıqlama verən prezident Rəcəb Tayyib Ərdoğan ötən gün Nyu-Yorkda Rza Zarrabın yanında görüntülənən qadınla bağlı açıqlama verib.

Unikal.org xəbər verir ki, Türkiyə prezidenti açıqlamasında Zərrabın yanındakı qadının onun vəkili olduğunu deyib. 

Ərdoğan amerikalı hüquq işçilərinin "Zarrabın azad edilməsi hüquqi cəhətdən mümkün deyil" fikrinə münasibət bildirib:

"Zərrabın azadlığa buraxılması mümkün deyil, Bu necə mümkün olar? Gah belə, gah da elə deyirlər.

Əlləri qandallıdır deyirlər. Amma demək ki, orada bu qandalların xaricində başqa qandallar da var. Deməli amerikalı hüquqçular bu işi yaxşı bacarmır. Çünki yanında görüntülənən qadın onun vəkildir.