Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 2 092,6 mln. manat dəyərində neft məhsulları istehsal edilib.
Unikal.org-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 7,6% artıb.
Hesabat dövründə ölkədə 807 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 3% artıqdır. Bu il sentyabrın 1-i tarixinə 44,3 min ton avtomobil benzini ehtiyatı yaranıb.
İlin 8 ayı ərzində 151,4 min ton həcmində neft-kimya sənayesində istifadə üçün benzin, 418 min ton ağ neft, 1 361,9 min ton dizel yanacağı, 58 min ton sürtkü yağları, 192,5 min ton neft bitumu, 173,5 min ton neft koksu istehsal edilib.
Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 21,6%, ağ neft istehsalı 6,5%, dizel yanacağının istehsalı 12%, sürtkü yağlarının istehsalı 2,5 dəfə, neft bitumunun istehsalı 47,2%, neft koksunun istehsalı isə 26,5% artıb. Bu ilin 8 ayında ölkədə 50,9 min tonluq yanacaq mazutu istehsal edilib. Yanacaq mazutunun istehsalında 79,8% azalma qeydə alınıb.