Rusiya Istintaq Komitəsi iş adamı Telman İsmayılovu müğənni Avraam Russonun oğurlanmasında şübhəli bilir.

Unikal.org  Modern.az-a istinadən xəbər verir ki, işlə bağlı "Praqa restoranını keçmiş baş direktoru da həbs edilib.

Sentybarın 17-də Avraam Russo polisə ərizə ilə müracoət edərək 2004-cü ildə Moskvanın mərkəzində oğurlanması barədə şikayət etmişdi. Müraciətin daxil olmasından saat yarım sonra "Praqa restoranını keçmiş baş direktoru və Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanov saxlanılıb.

Rəsmi versiyaya görə, Telam İsmayılov Avraam Russonun konsert fəaliyyətini maliyyələşdirib. Lakin sonradan onlar arasında münaqişə olub. 2004-cü il yanvarın 31-də Telman İsmayılov müğənnini "Praqa restoranına dəvət edib və restoranda Russonu qardaşı oğlu Zaur və daha 5 şəxslə birlikdə döyüb. Ondan tələb olunub ki, İsmayılovla bağladığı müqaviləni ləğv etsin və daha konsert verməsin.

Bundan sonra zorla Aprelevka qəsəbəsindəki malikanədə girov saxlanılan müğənni bütün tələbləri qəbul etdikdən sonra azadlığa buraxılmışdı.

Telman İsmayılovun vəkili Mariya Rusakova isə hadisədən 14 il sonra qəfil cinayət işinin açılmasını və müğənninin yalnız indi şikayət etməsini absurd adlandırıb.

Xatırladaq ki, Telman İsmayılov 2017-ci ilin dekabrından İnterpol xətti ilə beynəlxalq axtarışdadır. O, 2 iş ortağının qətlini sifariş verməkdə ittiham olunur.