SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin sabiq rəhbəri Nizaməddin Quliyev yenidən SOCAR-da fəaliyyətə başlayıb. 

Unikal.org-un əldə etdiyi məlumata görə, Nizaməddin Quliyev SOCAR-ın ictimai təşkilatlarından birinə rəhbər vəzifəyə təyin olunub. 

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən keçmiş departament rəhbəri faktı təsdiqləyib. O, bildirib ki, SOCAR-la birgə fəaliyyət göstərən müəssisədə işə başlayıb. Həmin müəssisə həm də ictimai təşkilat hesab olunur.

Famil Fərhadoğlu