2018/19-cu tədris ilində ali məktəblərə qəbul imtahanlarında II ixtisas qrupu üzrə 700 ballıq nəticə göstərən abituriyent Rəmzi Abıyev UNEC-i seçib.
Unikal.org Prezident təqaüdçüsü, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisasının 1-ci kurs tələbəsi Rəmzi Abıyev ilə müsahibəni təqdim edir.
- Rəmzi sizi təbrik edirik, imtahanlarda 700 bal toplayıb, Prezident təqaüdünə layiq görüldüz. Artıq UNEC tələbəsi adını daşıyırsız. Ali təhsil almaq üçün niyə UNEC-i seçdiz?
- Məncə UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır. Əminliklə deyə bilərəm ki, 2-ci qrup üzrə ən yaxşı ixtisaslar buradadır.
UNEC haqqında ali məktəbə hazırlıq zamanı mən kifayət qədər məlumat toplanmışam.
UNEC-də ən yüksək bal toplayan tələbələr ali təhsil alır. Bu fakt özlüyündə UNEC haqqında çox söz deyir. Hələ UNEC-ə daxil olandan əvvəl mən öyrəndim ki, burada dərs deyən müəllimlər çox savadlıdır. UNEC-in digər üstünlüyü burada xarici ölkələrlə əlaqəli müxtəlif təhsil proqramlarının tələbələrə təklif edilməsidir.
- Artıq dərslər başlayıb. Tədris prosesi haqqında nə düşünürsünüz?
- Burada dərs deyən müəllimlər ixtisası üzrə aparıcı müəssisələrdə, böyük holdiqlərdə, şirkətlərdə işləyirlər və bu müəssisəyə sadəcə gənclərə öz ixtisasını tədris etməyə gəlirlər.
Çox yaxşı. Dərsə davamiyyət, tədris hamısı elektronlaşdırılıb, bu əlavə vaxt itkisinin qarşısını alır. Dərslərimiz ingilis dilində keçirilir.
Mən təhsilimdə əsasən diqqəti ingilis dilinə və biznes istiqamətində biliklərə yiyələnməyə üstünlük verirəm.
Təhsil prosesi olduqca maraqlı gedir və əminəm ki, bundan sonra daha da yaxşı olacaq.