Azərbaycanın "Eurovision –2014" mahnı müsabiqəsinin təmsilçisi Dilarə Kazımova boşanma xəbərinə münasibət bildirib.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, müğənni açıqlamasında şəxsi həyatının müzakirə olunmağını istəmədiyini bildirib:
"Şəxsi həyatımın müzakirə olunmağını istəmirdim, hazırda da istəmirəm. Bu barədə çox danışmaq istəmirəm. Şəxsi həyatım qoy şəxsi həyatımda qalsın. Mən heç vaxt bu barədə danışmamışam. Qoy cavab verməməyim insanların beynində şübhə yaratsın. Mənim üçün bu vacib deyil. Özümü həmişə sənət və musiqiyə vermişəm. Qoy insanlar mənim ifa etdiyim mahnıları düşünsün. İstərdim ki, hər kəs sənətimlə maraqlansın. İnsanlar var ki, şəxsi həyatı haqda danışmaq istəmir. Mən də belə insanlardanam".