Ukraynanın qalmaqallı "Mirotvorec" saytı ölkəyə girişi qadağan edilmiş 239 nəfər jurnalistin adını açıqlayıb. Siyahıda Azərbaycan KİV-də çalışan 11 nəfərin adı hallanıb.
Unikal.org anspress-ə istinadən adı hallanan mənbəyə istinadən verdiyi məlumata görə, "Mirotvorec"in baş redakotoru Anton Geraşenko akreditasiya almış jurnalistlərin siyahısını açıqlayıb. O, Ukraynanın Daxili İşlər Naziri erməni əsilli Arsen Avakovun məsləhətçisidir. Açıqlanan siyahıda Azərbaycan, Avstriya, Yaponiya, Braziliya, İraq, Ermənistan və ərəb ölkələrindən olan ümumi 239 jurnalistin adı çəkilib.

DİN nazirinin köməkçisi tez-tez bənzər siyahıları təqdim edir. Belə hallar Qərb dövlətləri ilə yanaşı, ABŞ tərəfindən də tənqid edilib. ABŞ Dövlət Departamenti etirazını bildirdikdən sonra, mayın 13-ü saytın bağlanacağı xəbəri yayılıb. May ayının 15-i isə dövlət rəsmisi Georgiy Tuka "Mirotvorec" layihəsinin öz saytını bərpa etdiyini bildirib.

Sayt iddia edir ki, azərbaycanlı jurnalistlər "Luqansk Xalq Respublikası"na getdikləri üçün "qara siyahı"ya düşüb. Onların arasında ANS TV-nin Rusiya bürosunun müxbiri Aqşin Kişiyev də var.

Ukraynaya girişi qadağan edilmiş jurnalistlər:

1. Aqşin Kişiyev, ANS TV
2. Anar Həsənov, "Lider" TV
3. Musa İsmayılov, "İrs - Miras" jurnalı
4. Elzar Ağayev, "Azad Azərbaycan" teleradio şirkəti
5. Cahangir Məhərrəmov, "Respublika" qəzeti
6. Cahangir Hüseynov, "Azərbaycan xəbərləri" qəzeti
7. Şəhriyar İmambəyli, "Xəzər" TV
8. Zakir Musayev, "AzTV"
9. Fəridə Abdullayeva, "AzərTac"
10. Fərid Əkbərov, "Azəri-Press" informasiya agentliyi
11. Orxan Yolçuyev, "Trend"