Badamdardan Bayıla düşən yolda böyük təhlükə yaranıb.

Unikal.org Modern.az-a istinadən xəbər verir ki, yol dağın ətyilə getdiyi üçün sürüşmə olduğu güman edilir.

Baş nazirin müavini Hacıbala Abutalıbov faktı təsdiqləyib:

"Hazırda hadisə yerindəyəm. Müvafiq qurumlar və rəsmilər də buradadır. İclas keçirilir. Narahatlıq üçün əsas yoxdur.

Baş nazirin müavini iclasdan sonra ictimaiyyətə geniş açıqlama verəcəyini vurğulayıb.

***

Bakının Səbail rayonu Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib: "Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar 20-ci sahə adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər. Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq".