Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şöbəsinin rəisi dəyişib.
Unikal.org report-a istinadən xəbər verir ki, şöbə rəisi Şahin Xəlilov tutduğu vəzifədən azad edilib. Həmin vəzifəyə polkovnik Şirvan Xasıyev təyin olunub.
Qeyd edək ki, Ş.Xasıyev xidmətin Beyləqan rayon şöbəsində çalışıb.