İran İslam Respublikasına məxsus "Nazmehr quru yük gəmisində zəhərlənən şəxslər sabah evə buraxıla bilər.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib:
"Zəhərlənən 8 nəfər İran vətəndaşlarının vəziyyətləri orta ağırdır, həyatlarına heç bir təhlükə yoxdur. Xəstələr bu gecə mərkəzdə qalacaqlar. Sabah müayinələrdən sonra konsilium olacaq. Hər hansı bir problem və fəsadlar olmasa, xəstələr evə buraxılacaq.
Qeyd edək ki, oktyabr 18-də saat 21:20 radələrində Xəzər dənizinin mərÂkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marÂÂşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "NazÂmehr quru yük gəmisində heyət üzvlərinin kimyəvi zəhərÂlənməsi ilə əlaÂqədar təxirəsalınmaz köməklik göstərilməsi üçün müraÂciət edilməsi barədə DövÂlət Dəniz Agentliyindən Dövlət Sərhəd XidÂmətinin (DSX) Sahil Mühafizəsinə məlumat daxil olub.
Sərhəd gözətçi gəmisi 00:30 radələrində "Nazmehr yük gəmiÂsiÂnə yan almış və 12 nəfər heyət üzvündən (1 nəfər Ukrayna, 11 nəfər İİR vəÂtəndaşı) huşsuz vəziyyətdə olan 7 nəfəri gəminin göyərtəsinə götüÂrərək sürətlə sahilə doğru hərəkət edib. İİR vətəndaşları "NazÂmehr quru yük gəmisindən təxliyə edilərkən gəmi kapitanı onlardan 3-də həyat əlamətlərinin olmamaÂsını bildirib. Sərhəd gözətçi gəÂmisində digər 4 nəfərə ilkin tibbi yardım göstərilib, qabaqlayıcı tədÂbirlər görülməklə təcili tibbi yardım maşınları Abşeron dəniz limanına çağırılıb və xilas edilmiş heyət sahilə çıxarılaraq tibb briqadalarına təhvil verilib.
Saat 04:00 radələrində "Nazmehr quru yük gəmisinin kapitanı sərhəd gözətçi gəmisi ilə yenidən rabitə əlaqəsi saxlayaraq daha 4 nəfər heyət üzvünün vəziyyətinin pisləşməsini bildirmiş və köməklik göstərilməsini xahiş edib.
Sərhəd gözətçi gəmisi müraciətə dərhal reaksiya verərək gəmiyə doğru istiqamət götürüb və daha 4 nəfər heyət üzvü xilas edilərək Abşeron dəniz limanına çatdırılıb.