Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan "Olar? Olmaz!" verilişində inanılmaz anlar yaşanıb.
Unikal.org xəbər verir ki, verilişə yazılı müraciət edən Vüqar adlı bəy birinci arvadının xəyanət etməsinə görə boşadığını iki uşağın atada, iki uşağın anada qaldığını bildirib. Bir müddət sonra Vüqar yenidən ailə həyatı qurur və bir övladı da olur. Beləliklə bir otaqda Vüqar üç övladı və bir xanımı qalır.
Vüqarın birinci həyat yoldaşı məhkəməyə müraciət edərək evdə qalmaq hüququ əldə etmək istəyir. Qərar qəbul edilir. Xanıma həmin bir otaqda yaşamaq hüquq verilir. Və nə baş verirsə bundan sonra olur. Həmin anları teleaparıcı Amil Xəlil olduğu kimi tamaşaçılara təqdim edib.
Qeyd edək ki veriliş şənbə günləri saat 18:20 də yayımlanır.