Abşeronda nadir halda rast gəlinən sultan quşu tapılıb. Ceyranbatan bağlarında bir həyətə düşən quşun uçmağa taqəti olmayıb.

Unikal.org xəbər verir ki, Qüdrət Feyziyev adlı sakin heyvanılazımı təşkilatlara vermək istəsə də, quş ölüb.

Qeyd edək ki, Sultan quşuna nadir hallarda Ağzıbir gölündə və Mil düzü su hövzələrində rast gəlinir. Ən çox sevdiyi yuvalama yerləri gölün kənarlarındakı sıx qamışlıqdır. Dövlət ekologiya komitəsinin hesablamalarına əsasən 1993-cü ildə 130 min fərd qeydə alınıb. Adı qırmızı-kitaba düşüb.