Çempionlar Liqasında keçirilən "Roma - ÇSKA oyunundan əvvəl faciəvi hadisə yaşanıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Roma metrosunda baş verib. Yaranan sıxlıq nəticəsində eskalatorun əyləc sistemi sıradan çıxıb. Nəticədə 30 nəfər xəsarət alıb.
Xəsarət alanların əksəriyyəti ÇSKA-nın azarkeşləri olub. Bir neçə fanat xəstəxanaya yerləşdirlib. Onlardan birinin ayağı amputasiya olunub.
İtaliya mətbuatı hadisəyə görə rus azarkeşləri günahlandırıb. Ruslar metroya daxil olarkən, kütləvi surətdə eskalatordan tullanmağa başlayıblar.
Qeyd edək ki, "Roma ÇSKA-ya 3:0 hesabı ilə qalib gəlib.