Lerikdə ata və oğlu baltalanıb.
Unikal.org apa-ya istinadən məlumatına görə, bu gün saat 04.00 radələrində rayonun Veri kəndində kənd sakini, 72 yaşlı Hüseyn Əbil oğlu İsiyevin yaşadığı evə hücum edilib. Hücum edən bir qrup şəxs ona balta ilə xəsarət yetirib, oğlu Rəfael İsiyevin isə balta ilə hər iki qulağını kəsiblər. Araşdırmalar onların hücum edənlərin H. İsiyevin qardaşı uşaqları - Zamin, Şahrza və Bəybala İsiyevlər və qonşuları Şulduz, Eldost və Sakit Əliyev qardaşları olması müəyyən edilib.
Məlumata görə, adıçəkilən şəxslər ötən gün ot üstündə dalaşıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Lerik rayonunun Veri kəndində qonşular arasında kütləvi dava düşüb.
Unikal.org report-a istinadən bildirir ki, hadisə otlaq sahələri üstündə gedən münaqişə zəmnində baş verib.
Kütləvi dava zamanı iki nəfər xəsarət alıb. Onların ata və oğul olduğu bildirilir. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Lənkəran RMX-dan sayta bildirilib ki, Lerik rayonundan şəxsiyyəti hələlik məlum olmayan iki nəfər ağır vəziyyətdə xəstəxanaya daxil olub: "Xəstələrdən biri baş, ayaq və bədinin müxtəlif nayihələrindən kəsici və küt alətlərlə xəsarətlər alıb. Digər yaralının isə hər iki qulağı kəsilib".
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.