Sabirabad rayonunun Moranlı kəndində birmərtəbəli ev yanıb.

Unikal.org-un məlumatına görə, ümumi sahəsi 90 m² olan birmərtəbəli 2 otaqlı (tikintisi başa çatmayıb) evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.