Astara rayonunda bədbəxt hadisə baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Astara rayonunun Çayoba kəndində qeydə alınıb.

Belə ki, Lerik rayon sakini, 35 yaşlı İman Gülağa oğlu İmanov qayınanasının həyətində hörgü işi görərkən mişar daşından yeni tikilən divar onun üstünə aşıb. Nəticədə o, baş nahiyəsindən ağır xəsarət alıb. İ.İmanov ilkin tibbi yardım göstərildikdən sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.