Qoç- Maliyyə məsələlərinə bu gün aydınlıq gətirin. Tanıdığınız və dəyər verdiyiniz insanlara qarşı güc, kobudluq, təzyiqə əl atmayın. Ətrafınızdakı insanlarsizə qarşı deyillər və onlarla müvafiq formada danışsanız, yardım edəcəklər. Bu gün izafi məsləhətlər alaraq, işlərinizi başqalarının göstərişi əsasında qurmayın. Gün ərzində ev üçün nə isə almaq, təcili və təxirəsalınmaz saydığınız əşyaya yiyələnmək, artan iştahınızı təmin etməyə çalışacaqsınız.
Buğa- Bu gün ən xırda təfərrüatlara və detallara
diqqət verin. Gəldiyiniz nəticələrdə dəqiq və səlis olun. Bu gün
başlayacağınız bir çox işlərdə uğur qazana bilərsiniz. Bir şərtlə ki,
məşğul olduğunuz işə maraq göstərəsiniz. Darıxdırıcı, usandırıcı işlərlə
məşğul olmayın. Diqqətiniz yayınmasın, səhvlərə yol verməyin.
Şəxsi həyatda dəyişikliklər ola bilər. Son vaxtlar sizi maraqlandıran
suallara cavab alacaqsınız. Əvvəllər son qoyulmuş bəzi münasibətlərin
bərpası ehtimalı var. Sevdiyiniz adamla mübahisə edibsinizsə, barışmaq
çətin olmayacaq.
Əkizlər- İşdə və şəxsi həyatda yeni münasibətlərə
başlamaq üçün əlverişli gündür. İnsanlarla asanlıqla dil tapmağa
çalışın. Onların sizdən gizlədikləri, söyləmək istəmədikləri məqamları
təxminləməyə çalışın.
Aldadılmamaq üçün sərvaxt olun. İstənilən məlumatı və ya informasiyanı çox təfərrüatlı, dəqiq şəkildə yoxlayın.
Ailə üzvləriniz, xüsusilə də kiçik yaşlılar bu gün sizə sürpriz edə
bilərlər. Yaxınlarınızın yanında özünüzü rahat hiss edirsiniz. Evdə
qarşılıqlı anlaşma və xoş niyyət var.
Xərçəng- Gün maraqlı olacaq. Yeni, cazibədar işlə
məşğul olmaq imkanı yaranacaq. Ətrafınızdakı insanların sizdə olmadığını
düşündükləri istedadlarınız üzə çıxacaq. İş yoldaşları, tanışlar
arasından bir nəfər sizə pis olmayan təkliflə yaxınlaşa bilər. Qeyri-adi
diqqət nişanələri, xoş sürprizlər ola bilər.
Sevdiyiniz insan varsa, sizi əla gün gözləyir. Onu sevindirmək üçün hər
şeyə hazırsınız. Bilin ki, o da hisslərinizi anlayır və dəyərləndirir.
Günün emosional fonu çox əlverişlidir.
Şir- Gün ağırdır, gərgindir və yaşanan olaylardakı imkanlar artdıqca gərginlik də çoxalır.
Qabriel Qarsia Markesin "fənd"indən istifadə edin, ciddi emosiyaları zəiflədin.
Əgər müəyyən şəxslə münasibətlərdə çətinlik yaranarsa, tərəf-müqabili
dinləyin. İn və Yanın arasındakı cığırı taparaq qarşılıqlı
münasibətlərin yeni xəttini çəkin.
Maliyyə məsələlərində xüsusilə ehtiyatlı olun. İmkan varsa, maliyyə
əməliyyatlarını təxirə salın, ya da etibarlı və bilikli, təcrübəli
insana üz tutun.
Qız- Yaxın ətrafınızdakı insanlar planlarınız və
ideyalarınızın hamısını dəstəkləməyəcəklər. Tələsməyin. Emosionallığınız
və çılğınlığınız bu gün münasibətlərin harmoniyasını poza bilər.
Amma hadisələrin belə məcrası bəzi şərtlərin aydınlaşdırılması üçün mühümdür.
İtki verə biləcəyiniz tədbirlərə qatılmayın.
Hadisələrə müdaxilə etməsəniz, gün yaxşı alınacaq.
Tərəzi- Bu günsizin üçün mühüm dövrlərdən biridir.
Günəş və Plutonun tutduqları mövqelər bundan xəbər verir. Mərhələ
dəyişikliyi yaşanır. Önəmli işin birindən imtina edib,başqasına
başlayaraq sizin üçün ən əhəmiyyətli olanı seçin.
Təzyiq, narazılıq hissləri keçirəcəksiniz. Hansısa önəmli məqamı
nəzərdən qaçırdığınızı, yad ünsürlərin artmağa başladığını duyacaqsınız.
Köhnəlmiş təmaslar və əlaqələrdən qurtulun. Xüsusilə də itirilmiş illüziyalar və imkanlarla bağlı gözləntilərlə vidalaşın.
Alış-verişi axşama saxlayın, ya da sabaha təxirə salın.
Əqrəb- Bu gün qarşınızda çox yaxşı peşə imkanları
açılacaq. Tərəfdaşınıza və sizə sərfəli olan əməkdaşlıq başlaya bilər.
İşdə qərarlar asanlıqla verilir, dinamik çalışırsınız. Yeni müttəfiqlər
və tanışlar sizə xoş təsir bağışlayır.
Fəqət xəyallar aləminə qapılmayın, illüziyaların izinə düşməyin. Həyata real baxan insanların yanında olun.
Elektrik əşyaları və odla ehtiyatlı olun. Kiçik travmalar istisna deyil.
Oxatan- Bu günün hadisələri müəyyən vasitə və
yollarla keçmişinizlə bağlı olacaq. Ona görə də maraqlandığız suallara
məhz həmin əlaqələrdə cavablar arayın.
Valideynlər və ailə üzvləriniz, qohumlarla anlaşılmazlıqlar mümkündür.
Səbrli olun, təmkinli davranın.
Baş verənlərə sakit yanaşsanız, problemlərin həll yollarını tapacaq, əmin-amanlığı bərpa edəcəksiniz.
Oğlaq- Bu gün işdə uğur qazanmağa və peşəkar
ambisiyalarınızı təmin etməyə çalışacaqsınız. İşinizə, əməyinizə müsbət
təmayüllərin təsiri az olmayacaq. İmicinizə xüsusi diqqət yetirin.
Ətrafdakı insanlara bağışlayacağınız təsirdən çox şey asılıdır.
Bu gün mümkün qədər diqqətli olun, ətrafı sərrastlıqla müşahidə edin.
Məhz belə olarsa, şəxsi həyatınızda yaranmış situasiyanı anlaya
bilərsiniz.
Sizi çoxdan bəri narahat edən problemin həll yolunu tapa biləcəksiniz.
Dolça- Bu gün istənilən işin, o cümlədən ən çətin
problemlərin öhdəsindən gələcəksiniz. Heç bir səddə və maneəyə fikir
vermədən məqsədinizə doğru irəliləyin.
Bədxahlar sizə mane olmağa çalışacaq, amma uğursuzluğa düçar olacaqlar.
Yeni işgüzar münasibətlərin yaradılması üçün əlverişli gündür. İş
yoldaşları və ya tərəfdaşlarla, şərik və dostlarla əməkdaşlıq sərfəli
ola bilər.
Şəxsi həyatda hər şey asan deyil. Fəqət situasiyaya fərqli baxsanız,
bütün problemlərin həll yolunu tapa bilərsiniz. Səfərə çıxmaq, mühiti
dəyişmək pis olmaz.
Balıqlar- Sizin üçün önəmli olan insanla aranızdakı
fikir ayrılıqlarına rəğmən, yaranmış anlaşılmazlığı bu gün aradan
qaldırmaq olar. Çalışdığınız insanlara ideyalarınızın pis olmadığını,
onların perspektivə hesablandığını başa salın. Kəmhövsələ olmayın,
tələsməyin.
Ümumi işlərdə yalnız özünüzü düşünməyin.
Gün mühüm məsələlərin həlli üçün əlverişlidir.