UFC versiyası üzrə keçirilən döyüşdə Konor Makqreqora qalib gələrək titulunu qoruyan Həbib Nurməhəmmədov ən çox sevdiyi futbolçunun adını açıqlayıb.
Uniakl.org xarici mətbuata istinadən xəbər verir ki, dağıstanlı idmançı "Əl-İttihad qəzetinə verdiyi açıqlamada "Liverpulun misirli hücumçusu Məhəmməd Salahın heyranı olduğunu deyib:
"Məhəmməd Salahla tanış olmamışam, amma onu yaxından izləyirəm. Çox yaxşı futbolçudur. Mədəniyyətimizi və əxlaqımızı dünyaya çatdırmaq üçün onun kimi insanlara ehtiyacımız var. Sıfırdan bu yerlərə gəlib çatdı, çünki hər zaman intizamlı olub. Allah bizim yanımızdadır, mən belə hiss edirəm. Yeni nəslin Məhəmməd Salahdan öyrənəcəyi çox şey var. O, həqiqi bir idealdır. Onun heyranıyam.