Qarabağ klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.

Unikal.org  PFL-ə istinadən xəbər verir ki, müraciətdə ev oyunlarının keçirildiyi "Azersun Arenanın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə "Qarabağ və "Qarabağ-2 komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub.

Mövcud vəziyyəti araşdıran Peşəkar Futbol Liqası "Qarabağ klubunun ev oyunları ilə bağlı aşağıdakı qərarları qəbul edib:

- I Divizionun IX turunun "Qarabağ-2 - MOİK qarşılaşması 2 noyabr 2018-ci il saat 15:00 tarixində "Azersun Arenada keçirilsin;
- Premyer Liqanın X turunun "Qarabağ - "Sumqayıt görüşü 3 noyabr 2018-ci il saat 19:00 tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilsin.