2019-cu il mayın 29-da Bakıda təşkil olunacaq UEFA Avropa Liqasının final oyununa hazırlıq məqsədilə müxtəlif məsələlərin müzakirə edildiyi mütəmadi iclaslar keçirilir.
Unikal.org AFFA-ya istinadən xəbər verir ki, növbəti belə tədbir Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunub.
Final qarşılaşmasının təhlükəsizliyinin təmin olunması ilə bağlı iclasda UEFA nümayəndələri Andreas Şar və Deni Kistenyov, oyunun təşkili üzrə əməliyyat qrupunun üzvləri, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak edib.