Hollandiya futbolunun məşhur simalarından olan Van der Vart karyerasını bitirdiyini bildirib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Danimarkanın "Esberq klubunda çıxış edən 35 yaşlı yarımmüdafiəçi zədə səbəbindən belə qərar qəbul edib. O, mövsümün sonunda futboldan getməyi planlaşdırsa da, zədəsi buna mane olub:
"Mənə indi dayanmaq lazımdır. Bura reabilitasiya olunmaq yox, futbol oynamaq üçün gəlmişəm. Mövsümün sonuna qədər oynamaq istəyirdim, ancaq alınmadı.
İndiyə qədər oynadığım bütün stadionlarda azarkeşlərin xoş münasibətini görmüşəm. Bütün bu illər çox möhtəşəm idi. Hər kəsə təşəkkür edirəm.
Van der Vart 2000-ci ildə "Ayaksda debüt edib. O, karyerası ərzində "Real, "Tottenhem, "Hamburq kimi klublarda da çıxış edib. Hollandiya yığmasının heyətində isə DÇ-2010-da gümüş medal qazanıb.