Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.
Unikal.org-un xəbərinə görə, turnirdə ölkəmizi təmsil edən "Qarabağ da növbəti oyununa çıxıb. Ağdam təmsilçisi Ukraynada "Vorsklanın qonağı olub. Bakıda bu rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası Poltavada məğlubiyyətin əvəzini çıxmağı bacarıb. 1:0 hesabı ilə qalib gələn "Qarabağ" qrupda ilk qələbəsini qazanıb.
Qrupun digər oyununda "Arsenal "Sportinqi qəbul edib. Görüş qolsuz bərabərliklə başa çatıb.