Son olaraq PSJ-nin "sükanı arxasında olmuş, hazırda işsiz olan Loran Blan karyerasına davam etmək istədiyini deyib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "La Gazette dello Sporta açıqlama verən fransalı mütəxəssis, bir neçə milli komandadan təklif aldığını açıqlayıb:

"Milli komandaların bir neçəsindən təklif almışdım, amma bunlardan imtina etdim. Çünki futbolu hər gün yaşamaq istəyirəm. Buna görə də, klub çalışdırmağa üstünlük verirəm.

Bir müddətdir məşqçilikdən uzağam, işləmək üçün darıxmışam. İtaliya A Seriyasında işləməyə yaxınam, amma hər şey ola bilər.

Blanla Türkiyənin "Fənərbaxça klubu da maraqlanır.

2010-2012-ci illərdə Fransa millisini çalışdırmış Blan, 2013-2016-cı illərdə PSJ-nin "sükanı arxasında olub.