"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal"ın futbolçusu Danni Uelbek ciddi xəsarət alıb.
Unikal.org xəbər verir ki, 27 yaşlı hücumçu Avroliqanın qrup mərhələsinin 4-cü turunda evdə "Sportinq"i qəbul etdikəri matçın (0:0) 25-ci dəqiqəsində zədələnib. Rəqibin cərimə meydançasında yerə yıxılan ingiltərəli oyunçunun topuğu qatlanıb. Hadisədən sonra həkimlər meydana daxil olub. Uelbekə oksigen maskası taxılıb və o, xəstəxanaya çatdırılıb. Futbolçunun ayağının sındığı ehtimal olunur.
"Qarabağ Avropa Liqasının qrup mərhələsində "Arsenala qarşı keçirdiyi ilk oyunda Bakıda 0:3 hesabıyla məğlub olmuşdu.