MLS klublarından "Los Anceles Qalaksinin şərəfini qoruyan Zlatan İbrahimoviç gələcəyi haqqında danışıb.

Unikal.org xəbər verir ki, Amerika klubunun rəsmi saytına danışan 37 yaşlı futbolçu, keçmiş komandası "Milana qayıdacağı ilə bağlı irəli sürülən iddialara cavab verib:

"Los Anceles Qalaksi mənim istədiklərimi və arzularımı çox yaxşı bilir. Gələcəyim onlara bağlıdır və münasibətlərimiz çox yaxşıdır. Hamıyla aram yaxşıdır. Ona görə də, vəziyyətimlə bağlı narahat deyiləm.

Avropa klublarının maraq dairəsində olduğunu etiraf edən isveçli futbolçu, "Bu, sirr deyil, Avropadan mənimlə maraqlanan klublar var. Amma mən "Los Anceles Qalaksiyə üstünlük verirəm. Burda xoşbəxtəm deyib.

İbrahimoviç 2010-2012-ci illərdə "Milanın şərəfini qoruyub.