Dünən Ukraynanın Poltava şəhərində "Vorsklaya 1:0 hesabı ilə qalib qələn "Qarabağ klubunun Bakıya qayıtmasında əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq problem yaranıb.
Unikal.org xəbr veirr ki, bu barədə "Futbol+ qəzetinin baş redaktoru Mahir Rüstəmli bildirib.
Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Unikal.org-a açıqlama verib:
"Hava şəraiti ilə əlaqədar olaraq uçuşa icazə vermədilər. Biz də aeroportdan geri qayıtdıq. Bu gün yerli vaxtla uçuş saat 2-yə planlaşdırılır".
Qeyd edək ki, daha öncə AZAL şirkətinə məxsus təyyarə Bakı vaxtı ilə saat 03:30-da havaya qalxmalı, 07:00-da Heydər Əliyev adına hava limanına eniş etməli idi.