"Arsenalın türk əsilli almaniyalı futbolçusu Məsut Özil karyerasını bitirmək istədiyi zamanı və klubu açıqlayıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "topçuların heyətində xoşbəxt olduğunu deyib:
"Hələ 30 yaşım var və cavanam. Futbolda hər şey ola bilər, amma "Arsenal kimi klubda oynadığım üçün çox xoşbəxtəm. Karyeramı burda bitirmək gözəl olardı.
Uzun müddət futbol oynamaq istədiyini bildirən futbolçu, "Özümü yaxşı hiss etsəm, 38 yaşıma qədər oynamaq istəyirəm. Bilmirəm, bəlkə də, 36 yaşımda karyeramı bitirdim deyib.
Baş məşqçisi Unay Emeri haqqında da danışan alman futbolçu, onu tərifləyib:
"Unay Emeri möhtəşəm mütəxəssisdir. Onunla birlikdə yola davam etmək istəyirəm.
"Arsenal Avropa Liqasının qrup mərhələsində "Qarabağla birlikdə E qrupunda mübarizə aparır.