İngiltərə Premyer Liqasının növbəti turunda "Mançester Yunaytedlə qarşılaşacaq "Mançester Sitinin baş məşqçisi Pep Qvardiola oyundan əvvəl maraqlı açıqlamalar verib.

Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis rəqib komandanın baş məşqçisi Joze Mourinyonu tərifləyib:

"Bütün derbilər xüsusi olur, amma bu matç mövsümün ən böyük oyunu deyil. Bu oyun azarkeşlər üçün çox şey ifadə edir. Xüsusi oyundur, amma hələ noyabr ayındayıq. "Old Trafforddakı cavab oyunu daha maraqlı olacaq.

"Mançester Yunayted Joze Mourinyonun rəhbərliyi altında yaxşı oynayır. Onlar heç kimin qazana bilmədiyi Turin səfərində qələbə qazanmaq potensialına sahibdirlər. Çox sağlam və aqressiv oynadılar. Mourinyo və mən düşündüyünüzdən daha yaxşı insanlarıq.

Biz "Şaxtyorla oyunda möhtəşəm oynadıq, amma nədənsə insanlar sadəcə, penalti haqqında danışırlar. O epizodda penalti yox idi, bunu bilirik. Böyütməyə ehtiyac yoxdur.

"Mançester Siti - "Mançester Yunayted oyunu sabah, saat 20:30-da start götürəcək.