Azərbaycan Kempo Federasiya ilə birgə Xəzər rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə "9 noyabr - Dövlət bayrağı günü"nə həsr olunmuş "Kempo Kik versiyası üzrə Bakı şəhər Xəzər rayonunun açıq birinciliyi keçirilib.
Unikal.org xəbər veirrn ki, yarışda iştirak edən 8 (Toğrul İK,Kömrükçü İK,Pirallahı KN, Sumqayıt KN,Padamdart KN,Vətən İK,BKDA,FİGHTER-2) klubdan 90-a yaxın idmançı qələbəlik uğrunda mübarizə aparıb.
Federasiya rəhbəri Rauf İbrahimov Azərbaycanda dövlətimizin, Gənclər və İdman nazirliyinin, Bakı şəhəri Gənclər və İdman baş idarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Şurasının, onlarla birgə bəzi rayon idarələrinin də Kempo idman növünə dəstəyi haqda danışıb.
Kemponun artıq 14 il Azərbaycanda və xaricdə təbliğatının böyük səviyyədə olduğunu qeyd edib.Yarışda "Pirallahı KN"- nun rəhbəri Yusibov Seymur və "Vətən İK" nun rəhbəri Heydərquliyev Anar Kempo üzrə 1 ci dan qara kəmərə laiq görülüblər.Sonda qalib idmançılar diplom və medallarla yanaşı qiymətli hədiyyələrlə də təltif olunublar.