Ukrayna Futbol Federasiyasının (FFU) prezidenti Andrey Pavelko haqqında qarşı üç müxtəlif cinayət işi açılıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə korrupsiyada ittiham olunan federasiya rəhbərinin vəkil Oleq Stupinski məlumat verib

Vəkil bildirib ki, Milli Antikorrupsiya Bürosunda "Hakimiyyət və xidməti səlahiyyətlərindən sui-istifadə", "Etibarlı olmayan məlumatın deklarasiyası" və "Qeyri-qanuni yolla varlanma", Baş Prokurorluqda "Əmlakı mənimsəmə, israf etmə və ya xidməti səlahiyyətlərindən sui-istifadə yolu ilə külli miqdarda vəsaitə sahiblənmə", "Hakimiyyət və ya xidməti səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda", polisdə "Əmlakın mənimsənilməsi, israf olunması və xidməti səlahiyyətlərindən istifadə yolu ilə ələ keçirilməsi" maddələri ilə cinayət işinə başlanılıb. 

Qeyd edək ki, Andrey Pavelko daim qalmaqallaı açıqlamaları ilə yadda qalıb.